SİYASƏT


Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər

Biz burada minaların zərərsizləşdirilməsi prosesindən çox təsirləndik. Ərazilərin minalardan təmizlənməsi üçün müxtəlif üsullardan və avadanlıqlardan istifadə olunur. Biz burada tank əleyhinə minaların zərərsizləşdirilməsi prosesini izlədik.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Cəbrayıl rayonunda səfərdə olan Norveçin beynəlxalq səyahətçilərdən ibarət “Vagaclub”unun üzvü Ula Yorgen Vastveit deyib.