İDMAN


Avropa çempionu olan Ülviyyə Fətəliyevaya mahnı həsr edilib

Yunanıstanda Rodos adasında təşkil edilən qadın şahmatçılar arasında şəxsi Avropa çempionatında qızıl medal qazanan Azərbaycan təmsilçisi Ülviyyə Fətəliyevaya mahnı həsr edilib. Azərbaycan Şahmat Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, Avropada şahmat azarkeşləri tərəfindən hazırlanan mahnı “Euphonious Tribute” adlanır və artıq sosial şəbəkələrdə də yayılıb. Qeyd edək ki, Avropa Şahmat İttifaqı tərəfindən qadınlar arasında şəxsi Avropa çempionatı 2000-ci ildən təşkil olunur. Ülviyyə Fətəliyeva şəxsi qitə çempionatında qızıl medal qazanan ilk azərbaycanlı xanım şahmatçı kimi tarixə düşüb.