İDMAN


Bakıda qızıl medal qazanan çinli atıcı dünya rekordunu yeniləyib

Bu gün atıcılıq üzrə Dünya Kubokunda qadınlar və kişilər arasında tüfəngdən 50 metr məsafəyə 3 mövqe üzrə atəş açma növündə final görüşləri keçirilib. Azərbaycan Atıcılıq Federasiyasından AZƏRTAC-a bildiriblər ki, Almaniyanı təmsil edən Anna Yanssen həlledici qarşılaşmada “Tokyo-2020”də olimpiya çempionu olmuş isveçrəli Nina Kristeni üstələyərək qızıl medalın sevincini yaşayıb. Nina Kristen gümüş, Jiayu Han bürünc medalla kifayətlənib. Kişi atletlərdən Çini təmsil edən Yukun Liu son atışları daha dəqiq yerinə yetirərək həm qalib olub, həm də dünya rekordunu yeniləyib (467.3). Çinli Linshu Du gümüş, fransalı Lukas Bernar Denis Kriz bürünc medal qazanıb.