SİYASƏT


İsveçdə Ulu Öndərin anadan olmasının 101 illiyinə həsr olunmuş tədbir keçirilib

Azərbaycanın İsveçdəki səfirliyində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə səfirliyin əməkdaşları və diaspor nümayəndələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tədbirdə səfir Zaur Əhmədov Azərbaycanın xilaskarı və qurucusu kimi adını tarixə yazan Ümummilli Lider Heydər Əliyevin öz həyatını doğma xalqına həsr etdiyini vurğulayıb. Azərbaycanı daim inamla irəliyə aparmaq istiqamətində fəaliyyət göstərdiyini diqqətə çatdırıb.