SİYASƏT


Yeni Kaledoniya iğtişaşlar: 4 nəfər ölüb, 200 nəfər isə həbs olunub

Yeni Kaledoniyadakı Fransa müstəmləkəçiliyinə qarşı etirazlarda 3 nəfər qətl edilib, 200 nəfərdən çox şəxs saxlanılıb.
Fransa adada fövqəladə vəziyyət elan edib. Ərazidə TikTok platformasına giriş məhdudlaşdırılıb.
Qeyd edək ki, Bakı Təşəbbüs Qrupu və Fransanın son koloniyaları olan Kanaki (Yeni Kaledoniya), Maohi Nui (Fransız Polineziyası), Fransız Qvianası, Martinika, Qvadelupa və Korsikada müstəqillik uğrunda mübarizə aparan 14 siyasi hərəkat birgə bəyanat yayıb.
AZƏRTAC xəbər verir ki, bəyanatda Fransa hökumətinin Yeni Kaledoniyada seçki kütləsinin genişləndirilməsinin lehinə qanunsuz dəyişikliyin zorla tətbiq edilməsi pislənilib, müstəqillik uğrunda ədalətli mübarizəsində kanak xalqına tam dəstək ifadə olunub.