İDMAN


PFL Azərbaycan çempionları üçün hazırlanmış yeni kubok və medalları təqdim edib

Peşəkar Futbol Liqası (PFL) Azərbaycan çempionatlarında qaliblərə veriləcək yeni kubok və medalları təqdim edib.
AZƏRTAC PFL-in rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının yeni kuboku xüsusi dizaynla hazırlanıb.
Kubokun hündürlüyü 68 santimetr, çəkisi 9 kiloqramdır. Çempionun mükafatı gümüş örtüklə cilalanıb. Kubokun aşağı hissəsində 10 komandanın çempionluq uğrunda mübarizə aparması, üzərində Premyer Liqada iştirak edən hər bir klubun öz ulduzu əks olunub. Bütün rəqiblərini qabaqlayaraq çempion olan komandanın ulduzu digərlərindən ölçüsünə görə fərqlənir.