RƏSMİ


Cəbrayıl rayonunun Maşanlı kəndinin təməli qoyulub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına kəndin Baş planı üzrə görüləcək işlər barədə məlumat verildi.
Bildirildi ki, 2040-cı ilədək kəndin layihələndirilən ərazisi 157,54 hektar olacaq. Həmin müddətdə kənddə 2360 sakin üçün 590 fərdi evin layihələndirilməsi, eləcə də tikintisi nəzərdə tutulub.