ORDU


Müdafiə Nazirliyi: Artilleriya bölmələrinin döyüşatışlı taktiki təlimi başa çatıb

Quru Qoşunlarının 2024-cü il üçün hazırlıq planına əsasən, artilleriya bölmələri ilə keçirilən döyüşatışlı taktiki təlim başa çatıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, təlimin planına əsasən, daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılan bölmələr atəş mövqelərinin tutulması, qurğuların döyüş tətbiqinə hazırlanması, şərti düşmən hədəflərinin aşkar olunaraq dəqiq atəşlə məhv edilməsi, eləcə də qarşıya qoyulan digər tapşırıqları müvəffəqiyyətlə icra ediblər.