Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şair Ramaldanov: Azərbaycan Ordusu bu gün regionun təhlükəsizliyini təmin edən əsas hərbi qüvvədir

26.06.2026 [14:51]

Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında növbəti Silahlı Qüvvələr Gününü böyük uğurlarla, qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirərək qarşılayır. Bunu AZƏRTAC-a açıqlamasında hərbi ekspert Şair Ramaldanov səsləndirib. O vurğulayıb ki, Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində işğalçı qüvvələri darmadağın edərək ölkənin ərazi bütövlüyünü bərpa edib və bununla da Ali Baş Komandanın hələ Aprel döyüşlərindən sonra ordu haqqında söylədiyi yüksək qiymətin doğruluğunu əməli fəaliyyəti ilə təsdiqləyib.