Gürcüstana 20 konteynerdən ibarət qatar yola salınıb
20.05.2024 [19:18]
Xəbərin mətni
Bu gün 20 konteynerdən ibarət qatar Gürcüstana yola salınıb.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Dəmir Yollarının (ADY) Yük daşımaları departamentinin rəhbəri Emil Əhmədov bildirib.
O qeyd edib ki, Orta Dəhlizin vacib seqmenti hesab olunan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstan hissəsində 184 kilometrlik hissəsində aparılmış təmir-bərpa, rekonstruksiya və genişləndirmə işləri artıq yekunlaşıb. Bu gündən etibarən BTQ dəmir yolu xətti üzrə yükdaşımalara start verilir.