İDMAN


Dünya çempionu olan Azərbaycan cüdoçusu Vətənə dönüb

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında qızıl medal qazanan Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kiloqram) Vətənə dönüb.
AZƏRTAC xəbər verir ki, cüdoçunu Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Cüdo Federasiyasının nümayəndələri, media mənsubları, azarkeşlər və idmançının yaxınları qarşılayıblar.