MƏDƏNİYYƏT


AZƏRTAC Fransada keçirilən fotosərgidə iştirak edib

Avropa Xəbər Agentlikləri Alyansına (EANA) üzv agentliklərin fotoları Fransada keçirilmiş CEPİC (Beynəlxalq Vizual Medianın Lisenziyalaşırılması Assosiasiyası) Konqresi çərçivəsində "Süni intellekt dövrü - EANA-nın 32 ən yaxşı fotosu" sərgisində nümayiş olunub. Sərgidə AZƏRTAC-ın da fotosu yer alıb.