MƏDƏNİYYƏT


Parisdə “Louis Vitton” Fondunda azərbaycanlı pianoçunun solo konserti olub

Bütün dünyada arxitekturası ilə göz qamaşdıran Fransanın məşhur “Louis Vitton” Fondunda Azərbaycanın Əməkdar artisti, pianoçu Şahin Növrəslinin solo konserti olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, “Louis Vitton” Fondunun üzvləri, ölkənin elit təbəqəsi və aparıcı incəsənət nümayəndələri, azərbaycanlı diplomatlar və diaspor üzvləri dinləyicilər arasında olublar.