Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ülvi Mehdiyev: “ASAN” modelinin tətbiqi üçün müxtəlif qitələrdən Azərbaycana müraciətlər daxil olub

05.11.2026 [13:21]

Xəbərin mətni

Bu sammit bizim üçün də gözlənilməz və xoş mənada təəccüblü oldu. Belə ki, BMT Baş katibinin müavini “ASAN xidmət” modelinin dayanıqlı inkişaf məqsədlərinə verdiyi töhfəyə görə Azərbaycan dövlətini xüsusi təşəkkürnamə ilə təltif etdi. Bu, həqiqətən də bizim üçün qürurvericidir. Bu sözləri Azərbaycan Respublikası Prezidentinin yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev jurnalistlərə açıqlamasında deyib.