SİYASƏT


Azərbaycanın Müstəqillik Günü Cənubi Koreyada qeyd olunub

Koreya Respublikasının paytaxtı Seulda Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə ölkəmizin Koreya Respublikasındakı səfiri Ramin Həsənov Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ilə Azərbaycanın müstəqilliyinə qovuşması və böyük tarixi olan dövlətçilik ənənələrini bərpa etməsi barədə məlumat verib. Səfir vurğulayıb ki, müsəlman Şərqində ilk respublika olan Azərbaycan Xalq Cümhuriyyəti cəmi iki il mövcud olmasına baxmayaraq, mütərəqqi addımlara və nailiyyətlərə imza atıb.