MƏDƏNİYYƏT


İstanbulda dahi Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr olunan bədii gecə keçirilib

Tədbir Türkiyədə fəaliyyət göstərən “Xarıbülbül” Azərbaycan Vizyon Teatr Birliyi tərəfindən Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə baş tutub. Bədii gecə Prezident İlham Əliyevin dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi ilə bağlı Sərəncamına əsasən təşkil olunub.