MƏDƏNİYYƏT


Özbəkistanda Azərbaycanın Müstəqillik Günü qeyd olunub

Azərbaycanın Özbəkistandakı səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Daşkənddə 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirib.
Mədəniyyət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Azərbaycan və Özbəkistanın Dövlət himnləri səsləndirilib.
Tədbirdə Özbəkistanın Baş nazirinin birinci müavini Açilbay Ramatov, Azərbaycan Milli Məclisinin deputatı, Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov, Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyev, Özbəkistanda fəaliyyət göstərən səfirlər və beynəlxalq təşkilatların nümayəndələri, dövlət qurumlarının, ictimai təşkilatların rəhbərləri, elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.