RƏSMİ


Prezident İlham Əliyev İtaliyanın ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də İtaliya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Luka Di Canfrançeskonun etimadnaməsini qəbul edib.
AZƏRTAC xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.
Prezident İlham Əliyev səfirlə söhbət etdi.
Azərbaycana səfir təyin olunmasından məmnunluğunu bildirən Luka Di Canfrançesko İtaliya Prezidenti Sercio Mattarellanın salamlarını dövlətimizin başçısına çatdırdı.