SİYASƏT


Lvovda Azərbaycanı xatırladan məkanlar

Lvov şəhərində Azərbaycanı xatırladan bir çox məkan var. Onlardan biri şəhərin mərkəzində yerləşən “Bakı” küçəsidir. 1950-ci ildə Azərbaycanın paytaxtının şərəfinə adlandırılan bu küçədə şəxsi mülklərlə yanaşı 1930-cu illərin Polşa arxitekturası üslubunda tikilmiş birmərtəbəli evlər, həm də müasir evlər mövcuddur. Təxminən yarım kilometrə yaxın uzunluğu olan “Bakı” küçəsi yerli sakinlər və şəhərin qonaqları üçün cəlbedici məkan hesab edilir.