MƏDƏNİYYƏT


Avstriyanın Baden şəhərində Azərbaycan etnocaz konserti keçirilib

28 May – Müstəqillik Günü münasibətilə Azərbaycanda və dünyanın müxtəlif ölkələrində silsilə tədbirlər keçirilir. Müstəqillik Günü ərəfəsində təşkil edilən konsertlərdən biri də Avstriyanın Baden şəhərində baş tutub.
AZƏRTAC xəbər verir ki, tanınmış bəstəkar, cazmen, Xalq artisti Cəmil Əmirovun rəhbərlik etdiyi “Savab” caz qrupu Baden şəhərinin mərkəzində yerləşən Musiqi pavilyonunda açıq səma altında konsert proqramı ilə çıxış edib. Konsert Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi və Baden Şəhər Bələdiyyəsinin əməkdaşlığı əsasında təşkil olunub.