SİYASƏT


Parisdə Azərbaycanın Müstəqillik Günü təntənəli şəkildə qeyd olunub

Parisdə Azərbaycanın Müstəqillik və Silahlı Qüvvələr günləri münasibətilə böyük tədbirlər mərkəzi “Le Pavillon Dauphine”də qəbul təşkil olunub. Qəbul Azərbaycan və Fransa Dövlət himnlərinin ifası ilə başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə səfir Leyla Abdullayeva ölkəmizin müstəqillik uğrunda keçdiyi yoldan danışıb. Bildirib ki, 106 il əvvəl mayın 28-də müsəlman dünyasında ilk parlamentli demokratik dövlət - Azərbaycan Xalq Cümhuriyyəti (AXC) yaradıldı.