SİYASƏT


Cümhuriyyət generalımızın həyatı: Göyçayda doğulub, müharibədə vuruşub, nazir müavini işləyib, Lvovda dərs deyib

Azərbaycan Xalq Cümhuriyyəti daxili işlər nazirinin müavini vəzifəsində çalışmış general-mayor Məhəmməd Sadıq bəy Ağabəyzadənin müstəqil Azərbaycanın daxili işlər orqanları strukturunun formalaşdırılmasında, milli polisimizin yaradılmasında və inkişafında böyük xidmətləri var. Onun gərgin əməyi nəticəsində Azərbaycan polisinin təşəkkülünə dair hüquqi baza – “Polis idarələrinin təşkili haqqında”, “Polis departamenti haqqında”, “Ümumi, qəza və şəhər polisi haqqında” və başqa normativ sənədlər hazırlanıb. Həmçinin general-mayor M.S.Ağabəyzadənin təşkilatçılığı ilə Bakıda polis məmurları hazırlayan məktəb açılıb.