SİYASƏT


Lvovun qubernatoru: Naxçıvanla ikitərəfli əməkdaşlığı intensivləşdirməkdə maraqlıyıq

Lvov Ukraynanın Avropaya giriş qapısı hesab edilir. Şəhər Ukraynanın qərbində, Polşa ilə sərhəddən təxminən 70 kilometr aralıda yerləşir. Şəhərin memarlığı Şərqi və Mərkəzi Avropanın üslublarını birləşdirir. 2022-ci ildə müharibə başlayandan sonra ən çox yüklənən şəhərlərdən biri məhz Lvovdur. Müharibədən əziyyət çəkən yüz minlərlə insan bu bölgədə məskunlaşıb. Lvov vilayəti Dövlət Administrasiyasının rəhbəri, qubernator Maksim Kozitskiy AZƏRTAC-a müsahibə verib.