Avropa çempionatında uğurlu çıxış edən Azərbaycan gimnastları Vətənə dönüblər
27.05.2024 [23:13]
Xəbərin mətni
Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında uğurlu çıxış edən Azərbaycan gimnastları Vətənə dönüblər.
AZƏRTAC xəbər verir ki, onları Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Gimnastika Federasiyasının nümayəndələri, media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar.