SİYASƏT


Azərbaycanın Müstəqillik Günü İstanbulda təntənəli bayram tədbiri ilə qeyd olunub

Istanbulda 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə təntənəli bayram tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın İstanbuldakı Baş Konsulluğu tərəfindən təşkil olunan tədbir iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Mərasimdə İstanbul Valiliyi və qardaş ölkənin digər dövlət qurumlarının rəsmiləri, Türkiyədə fəaliyyət göstərən azərbaycanlı incəsənət və ictimaiyyət xadimləri, diplomatlar, Azərbaycanın dövlət təşkilatlarının nümayəndələri, Türkiyədə təhsil alan hərbiçilər, QHT-lər və digərləri iştirak ediblər.