SİYASƏT


İsveçrədə Azərbaycanın Müstəqillik Günü qeyd edilib

Azərbaycanın İsveçrənin Bern şəhərindəki səfirliyində 28 May - Müstəqillik Gününə həsr olunmuş rəsmi qəbul keçirilib.
AZƏRTAC xəbər verir ki, qəbulda İsveçrədə fəaliyyət göstərən diplomatik korpusun, dövlət qurumlarının, siyasi, mədəni, işgüzar dairələrin, Azərbaycan diasporasının və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.