SİYASƏT


Moskvada Azərbaycanın Müstəqillik Günü münasibətilə qəbul təşkil edilib

Moskvada 28 May - Azərbaycanın Müstəqillik Günü şərəfinə qala-ziyafət keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə siyasi və ictimai xadimlər, Moskvada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, Azərbaycan diasporunun tanınmış nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu Şərqdə ilk demokratik respublikanın tarixindən danışıb, müasir dövrdə ölkəmizin müstəqilliyinin qorunub saxlanmasının və möhkəmləndirilməsinin Azərbaycan xalqının Ümummilli Lideri, görkəmli dövlət və siyasi xadim Heydər Əliyevin adı ilə bağlı olduğunu deyib.