SİYASƏT


Çin-Azərbaycan münasibətləri sağlam və sabit şəkildə inkişaf edir

Azərbaycanın Çindəki səfirliyində 28 May - Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirilib.
AZƏRTAC xəbər verir ki, Çin rəsmilərinin, Pekindəki diplomatik missiyaların rəhbərlərinin, Çin ictimaiyyətinin, işgüzar dairələrin nümayəndələrinin iştirak etdikləri tədbirdə əvvəlcə iki ölkənin Dövlət himnləri səsləndirilib.
Ölkəmizin Çindəki səfiri Bünyad Hüseynov müstəqil Azərbaycanın 1918-ci il mayın 28-də müsəlman Şərqində qurulmuş ilk demokratik dövlətin - Azərbaycan Demokratik Respublikasının varisi olduğunu bildirib.