Silah və texnikanın yay mövsümündə istismar rejiminə keçidi davam etdirilir
30.05.2024 [16:00]
Xəbərin mətni
Azərbaycan Ordusunun bütün qoşun növləri, hərbi hissə və bölmələrində silah, döyüş və xüsusi texnikanın yay mövsümünə keçirilməsi üzrə kompleks tədbirlər keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, hərbi hissələrdə fəaliyyət göstərən texniki xidmət məntəqələrində yay mövsümündə silah və texnikanın fasiləsiz, dayanıqlı istismarını təmin etmək məqsədilə iqlim şəraitinin xüsusiyyətləri də nəzərə alınmaqla yanacaq-sürtkü materialları dəyişdirilir, elektrik sistemlərinin vəziyyəti yoxlanılır, eləcə də onlara planlı şəkildə mövsümi qulluq göstərilir.