Əli Hüseynli: Fransız Polineziyasının öz müqəddəratını təyin etmək hüququ vardır
30.05.2024 [19:50]
Xəbərin mətni
Son dövrlərdə BMT-nin Baş Assambleyası Fransız Polineziyasının müstəqilliyinin tanınması ilə bağlı bir sıra müsbət qərarlar qəbul edib. Bunlardan biri də 2013-cü ildə qəbul edilən qətnamədir. Bu xalqın öz müqəddəratını təyin etmək hüququ vardır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Fransız Polineziyasının dekolonizasiya hüququ - çağırışlar və perspektivlər” mövzusunda Bakıda keçirilən konfransda səsləndirib.