Anadolunun minillik tarixini yaşadan Afyonkarahisar Muzeyi
01.06.2024 [13:21]
Xəbərin mətni
Türkiyənin aparıcı media qurumlarının və xarici media strukturlarının nümayəndələri Anadolunun minillik tarixinə qərq ola biləcəyiniz nadir məkanlardan biri olan Afyonkarahisar Muzeyini ziyarət ediblər. Burada tunc dövründən antik dövrlərə, hettlərin hökmranlığı zamanına, frigiyalıların, Ellinizm, Qədim Roma, Bizans, Səlcuqlu, Osmanlı imperiyaları və Türkiyə Cümhuriyyətinin yaranmasının ilk illərinə aid olan zəngin eksponatlar var.