Avropa çempionatı: Azərbaycan millisi İtaliyanı məğlub edib
03.06.2024 [21:49]
Xəbərin mətni
Bosniya və Hersoqovinada keçirilən minifutbol üzrə Avropa çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, yarışda mübarizə aparan Azərbaycan millisi növbəti oyununu keçirib. İtaliya millisi ilə üz-üzə gələn yığma 2:1 hesabı ilə qələbə qazanıb.