Azərbaycan Dövlət İnformasiya Agentliyi

SOCAR: Tərəfdaşlarımız yeni layihələrin həyata keçirilməsinə maraq göstərirlər

05.06.2024 [17:28]

Xəbərin mətni

SOCAR etibarlı partnyor olub və buna davam edir. Əsas hədəflərimizdən biri ölkəmiz, qonşularımız və digər ölkələr üçün etibarlı enerji təchizatçısı rolunu oynamaqdır.

AZƏRTAC xəbər verir ki, bu sözləri SOCAR-ın prezidenti Rövşən Nəcəf Bakı Enerji Forumunda çıxışı zamanı deyib.

O vurğulayıb ki, SOCAR tərəfdaşları ilə sıx əməkdaşlıq edir.