İQTİSADİYYAT


BP: Yaşıl enerjinin istehsalı və ixracı Azərbaycanın gələcəyi üçün mühüm əhəmiyyət daşıyır

“Əsrin müqaviləsi”nin imzalanmasından ötən 30 il müddətində Azərbaycan böyük inkişaf yolu keçib və neft ixracından daxil olan vəsait bu gün yaşıl enerjiyə keçid üçün də istifadə olunur. Dünyada neft və qazdan asılılıq hələ uzun illər boyu davam edəcək, lakin bu, yaşıl enerji istehsalını artırmamaq üçün əsas vermir.
AZƏRTAC xəbər verir ki, bu sözləri BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz Bakı Enerji Forumunda deyib.