İDMAN


Avropa çempionatı: Azərbaycan minifutbol millisi 1/4 finalda Qazaxıstanla üz-üzə gələcək

Minifutbol üzrə Azərbaycan millisi Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil olunan Avropa çempionatında bu gün növbəti oyununa çıxacaq.
AZƏRTAC xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv 1/4 finalda son dünya çempionatının finalçısı Qazaxıstan seçməsi ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.