SİYASƏT


Milli Məclisdə TÜRKPA-nın 13-cü plenar iclasının yekunlarına dair brifinq təşkil olunub

İyunun 6-da Milli Məclisdə TÜRKPA-ya üzv ölkələrin parlament sədrlərinin iştirakı ilə TÜRKPA-nın 13-cü plenar iclasının yekunlarına dair brifinq keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Milli Məclisin sədri, TÜRKPA-nın fəaliyyətdə olan sədri Sahibə Qafarova Türk Dövlətləri Parlament Assambleyasının 13-cü plenar iclasını uğurla başa vurduğunu deyib. O Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşa TÜRKPA-ya sədrliyi dövründə səmərəli fəaliyyətə, Türk dünyasında parlamentlərarası əməkdaşlığın inkişafına verdiyi dəyərli töhfələrə görə təşəkkürünü bildirib.