Azərbaycan Dövlət İnformasiya Agentliyi

ORDU

Naxçıvanda hərbi vəzifəlilərin təlim toplanışı keçirilir

10.06.2024 [14:28]

Xəbərin mətni

Əlahiddə Ümumqoşun Ordunun 2024-cü il üçün hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsi ilə birgə tədbirlər çərçivəsində hərbi hissələrdə bir qrup hərbi vəzifəlinin cəlb edildiyi təlim toplanışı keçirilir.
Ehtiyatdan çağırılan hərbi vəzifəlilər müvafiq qeydiyyatdan və həkim müayinəsindən keçdikdən sonra hərbi geyim və digər təminat növləri ilə təmin olunublar.