İDMAN


Bakıda çövkən üzrə dünya çempionatının açılış mərasimi keçirilib

Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) təşkilatçılığı ilə çövkən üzrə dünya çempionatının açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, Binə Atçılıq Mərkəzində baş tutan tədbirdə ARAF-ın birinci vitse-prezidenti Bəsirət Quliyev ölkədə atçılığın inkişafı və güclü idmançıların yetişdirilməsi baxımından yarışın əhəmiyyətindən bəhs edib. O bildirib ki, Azərbaycanda keçirilən mötəbər turnirlər milli at cinslərinin dünya miqyasında tanınmasında və çövkənin təbliğatında böyük rol oynayır. Vitse-prezident iştirakçı ölkələrin dünya çempionatında idman, dostluq, sülh nümayiş etdirəcəklərinə inandığını diqqətə çatdırıb.