Azərbaycan Dövlət İnformasiya Agentliyi

ORDU

Azərbaycanın müdafiə naziri Çinin hərbi nümayəndə heyəti ilə görüşüb

14.06.2024 [14:12]

Xəbərin mətni

İyunun 14-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Çin Xalq Azadlıq Ordusunun Beynəlxalq Hərbi Əməkdaşlıq Baş İdarəsinin rəis müavini general-mayor Yao Qinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Əvvəlcə Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarları ziyarət edilib, üzərlərinə gül dəstələri düzülərək xatirələrinə ehtiram nümayiş etdirilib.