SİYASƏT


Prezidentin köməkçisi: Fransanın militarizasiya siyasəti Ermənistanın daxilindəki revanşist qüvvələrin həvəsləndirilməsinə xidmət edəcək addımdır

Fransanın militarizasiya siyasəti Ermənistanın daxilində olan revanşist qüvvələrin həvəsləndirilməsinə xidmət edəcək bir addımdır. Ona görə də Fransanın Ermənistana hücum xarakterli, öldürücü silahlar təqdim etməsi və Ermənistan-Fransa hərbi əməkdaşlığının arealının genişləndirilməsi ciddi narahatlıq doğuran haldır.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev səsləndirib.