SİYASƏT


Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Serbiyaya rəsmi səfəri başlayıb

Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Serbiya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Milan Moysiloviçin dəvəti ilə bu ölkəyə səfəri başlayıb.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyindən məlumat verilib.
Əvvəlcə Belqrad şəhərində yerləşən Taşmaydan parkında Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə əklil qoyulub, xatirəsi ehtiramla anılıb. Sonra Serbiya şairi və yazıçısı Milorad Paviçin heykəli ziyarət olunub, önünə gül dəstələri qoyulub, ehtiram nümayiş etdirilib.