İDMAN


Azərbaycanın qadın güləşçisi Kazanda qızıl medal qazanıb

Azərbaycanın qadın güləşçiləri Rusiyanın Kazan şəhərində keçirilən BRICS Oyunlarında uğurlu çıxış ediblər.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, bu gün qadın güləşi üzrə yarışın son günü olub. Oyunlara məşqçi Solmaz Adilovanın rəhbərliyi altında 4 idmançı ilə qatılan komandamızın 2 üzvü fəxri kürsüyə qalxıb. Elnurə Məmmədova (53 kiloqram) qızıl, Gültəkin Şirinova (55 kiloqram) isə bürünc medal qazanıb.