İQTİSADİYYAT


Bakıda Dəniz Nəqliyyatı sahəsində İnsan Resursları və Gəmi Heyətinin İdarə olunmasına dair konfrans keçirilib

Bakıda “Baku Shipping Dinner”in fəaliyyəti çərçivəsində “United Alliance Group LTD” və tərəfdaşı olduğu şirkətlərin təşkilatçılığı ilə “Dəniz Nəqliyyatı sahəsində İnsan Resursları və Gəmi Heyətinin İdarə olunmasına dair konfrans” baş tutub.
AZƏRTAC xəbər verir ki, konfransda Azərbaycan, Türkiyə, Qazaxıstan, Gürcüstan daxil olmaqla 20-yə yaxın dövlət qurumu və ümumilikdə Xəzər, Aralıq dənizi və Qara Dəniz sahili ətrafı 10 ölkədən nümayəndələr iştirak edib.