ORDU


Xəzərdən sahilə, qurudan dənizə onlardan xəbərsiz meh də əsə bilməz

Vətən müharibəsi dövründə “qara paltarlılar”ın düşməni lərzəyə salan qəhrəmanlıq nümunələri yəqin ki, hər kəsə tanışdır. Düşmənin kabusuna çevrilən həmin döyüşçülərimiz Hərbi Dəniz Qüvvələrinin (HDQ) xüsusi təyinatlılarıdır. Addımları ilə ölümün nəfəsini düşmənin ənsəsində hiss etdirən Dəniz Xüsusi Təyinatlıları 44 gün ərzində ən çətin hərbi əməliyyatları yüksək peşəkarlıqla yerinə yetirdilər.
Haqq savaşının xüsusilə 37-ci günündə həyata keçirdikləri məşhur Qızılqaya əməliyyatı ilə müharibəyə öz möhürlərini vurmağı bacardılar.