ORDU


Yanğından mühafizə komanda rəislərinin təlim-metodiki toplanışı keçirilib

Müdafiə nazirinin təsdiq etdiyi plana əsasən, Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin Mərkəzi Əşya Bazasında qoşun növü, birlik, birləşmə və hərbi hissələrin yanğından mühafizə xidmətlərinin və ştatlı yanğından mühafizə komandalarının rəisləri, həmçinin yanğından mühafizə üzrə müfəttişləri ilə təlim-metodiki toplanış keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, toplanışda anbarların, saxlancların, açıq saxlama meydançaları, sexlər, emalatxanalar, qarajlar, parklar və digər yanğın təhlükəli obyektlərin yanğından mühafizə olunma qaydaları, yanğının baş verdiyi anda genişlənməsinin qarşısını almaq üçün görüləcək işlər praktiki olaraq icra edilib.