İQTİSADİYYAT


Azərbaycan 8-ci Çin-Avrasiya sərgisində təmsil olunur

Çinin Sincan Uyğur Muxtar Rayonunun paytaxtı Urumçi şəhərində 8-ci Çin-Avrasiya sərgisi keçirilir.
AZƏRTAC xəbər verir ki, ölkəmizin Çindəki səfirliyi və Ticarət nümayəndəliyinin birgə təşkilatçılığı ilə sərgidə “Made in Azerbaijan” vahid ölkə pavilyonu qurulub. Pavilyonda 6 şirkətin 40-a yaxın məhsulu nümayiş olunur. Bu məhsullar əsasən Çində artıq satışda olan qida və içki məhsullarıdır. Pavilyonu ziyarət edənlər Azərbaycanın investisiya mühiti və nəqliyyat-tranzit potensialına dair məlumatlar da tanış ola bilirlər. Xüsusi guşədə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında investorlara təklif olunan imtiyazlar, vergi güzəştləri haqqında ətraflı məlumat yer alıb.