Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çinin Sian şəhərindən Bakıya həftəlik yük qatarı marşrutu istifadəyə verilib

03.07.2024 [21:52]

Xəbərin mətni

“Çin Dəmir Yolu Qrupu” Çin-Avropa dəmir yolu ilə yükdaşımalarda əsas qovşaq olan Sian şəhərindən Bakıya yeni qatar marşrutu istifadəyə verib. AZƏRTAC “Çin Dəmir Yolu Qrupu”nun məlumatına istinadla xəbər verir ki, qatarlar həftədə bir dəfə hərəkət edəcək. Siandan çıxan qatarlar Çinin Sincan Uyğur Muxtar Rayonundakı Horqos sərhəd məntəqəsindən Qazaxıstana keçəcək, Xəzər dənizi vasitəsilə ümumilikdə 12 günə Bakıya çatacaq.