Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ölkədə 778 min aktiv vergiödəyicisi var

11.07.2024 [12:17]

Xəbərin mətni

Bu il iyulun 1-nə ölkədə aktiv vergi ödəyicilərinin sayı artaraq 778 min ödəyici təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Anar Axundov Bakıda keçirilən I Milli Rəqabət Forumunda deyib.