ORDU


Yeni gələn çağırışçıların hərbi hissələrdə qəbulu davam edir

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icrası ilə bağlı Azərbaycan Ordusunun təlim hərbi hissələrində gənc əsgərlərin qəbulu prosesi davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, hərbi hissələrin qəbul məntəqələrində qeydiyyatdan keçdikdən sonra çağırışçılar tibb məntəqələrində hərbi həkim komissiyası tərəfindən təkrar müayinə olunurlar. Sonra mövsümə uyğun hərbi geyim və digər təminat növləri ilə təmin edilirlər.