Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yeni Kaledoniya Partiyasının üzvü: Fransa dövlətinin hüquqlarımızı tapdalaması yolverilməz və qəbuledilməzdir

17.07.2024 [13:13]

Xəbərin mətni

Mayın 13-dən bəri Yeni Kaledoniyada yaşananları hamı bilir. Azərbaycana gəlmək, bu qurultayda iştirakımızın məqsədi Fransa dövlətinin bizə qarşı aktlarının qəbuledilməz olduğunu qətiyyətlə bildirməkdir. Biz bunu sərt şəkildə qınayırıq. Burada əsasən irqçi polislərdən söhbət gedir. Yazılan hesabatlar, insanların bu barədə dedikləri hələ də reallığa çevrilmir. Nəticə olaraq insanlarımıza qarşı düzgün hərəkət edilmir, hazırkı vəziyyətdə regionda qarşıdurmalar, yanğınlar baş verir. İllərdən bəri yaranmış problemlər gündən-günə daha geniş vüsət alır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Yeni Kaledoniya Partiyasının üzvü İzabella Kaloi Fransa müstəmləkəçiliyindən əziyyət çəkən Korsika, Melaneziya, Polineziya, Karib və Antil adalar qrupundan olan 15-dən çox siyasi partiya və müstəqillik hərəkatlarının rəhbər şəxslərinin iştirakı ilə Bakıda keçirilən birinci Qurultayda çıxışı zamanı söyləyib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI